featured-image-27290

Türkiyə Super Liqasının XXVIII turunda üz-üzə gələcək “Konyaspor” və “Antalyaspor”un start heyətləri açıqlanıb.

Msport.az xəbər verir ki, icarə əsasında Konya təmsilçisində çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ehtiyatda qalıb.

Qeyd edək ki, Mahir bundan əvvəlki iki matçda start heyətində meydana çıxsa da, fərqlənə bilməmişdi.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bənzər xəbərlər