featured-image-66714

Mahir Emreli “Kayzerslautern”də keçirdiyi ikinci yoxlama oyununda da qol vurub.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı futbolçusu Almaniyanın “Hermersberq” həvəskar komandası ilə görüşdə fərqlənib.

Oyun “Kayzerslatern”in 10:0 hesablı qələbəsi ilə nəticələnib. Birinci hissədə meydanda olan Emreli komandasının 6-cı qoluna imza atıb.

Qeyd edək ki, o, dünən Saar/Lüksemburq fanat yığmasına qarşı debüt matçında da fərqlənmişdi.

Bənzər xəbərlər