featured-image-24514

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə “Konyaspor”undakı ilk rəsmi oyununda statistik göstəriciləri bəlli olub.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Giresunspor”la debüt matçında (0:0) 2 zərbə, 40 top qəbuletmə, 1 top qazanma, 33 pas və 84,8 faiz ötürmə dəqiqliyi ilə yadda qalıb.

Təcrübəli forvardın 2 zərbəsindən biri “çərçivə”yə düşüb ki, bunu da qapıçı dəf edib.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məxsusdur və “Konyaspor”da icarə əsasında çıxış edir.

CAHİD 

Bənzər xəbərlər