Mahir Emreli "Konyaspor"un start heyətində
Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Ümraniyespor”un qonağıdır.
Komandaların start heyətləri açıqlanıb. Mahir qarşılaşmaya ilk “11-lik”də başlayacaq.
Qeyd edək ki, “Ümraniyespor” – “Konyaspor” görüşü Bakı vaxtilə saat 14:30-da başlayacaq.