featured-image-28687

Azərbaycan millisinin və “Konyaspor”un futbolçusu Mahir Emreli “Trabzonspor”la Türkiyə Super Liqasının XXXII tur oyununa start heyətində çıxacaq.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb Robert Muriç və Konrad Mixalyakın zədədən yeni sağalmaları və hələ hazır olmamalarıdır.

Bu üzdən baş məşqçi Aleksandr Stanoyeviç qarşıdakı görüşdə daha hazır olan Emreliyə şans verəcək.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Konyaspor” – “Trabzonspor” matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər