featured-image-28339

Hazırda icarə əsasında Türkiyə “Konyaspor”unda çıxış edən Mahir Emreli cari mövsümün sonunda müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq.

Msport.az “index.hr” saytına istinadən xəbər verir ki, Konya təmsilçisinin transfer planlarına daxil olmayan 26 yaşlı hücumçu Zaqreb klubunun əsas heyət üzvü ola bilər.

İddiaya görə, Bruno Petkoviç və ya Yosip Drmiç komandanı tərk etsə, Emreli hücumun sivri ucunda yer alacaq.

Qeyd edək ki, Mahir Emreli ötən ilin fevralında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər