featured-image-27215

Millimizin üzvü Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının yeni baş məşqçisi bəlli olub.

Msport.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi sabiq futbolçusu İqor Bişçana tapşırılıb. 45 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.

Bişçan daha əvvəl Xorvatiyanın U-21 yığmasında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Bənzər xəbərlər