featured-image-17422

Şimali Makedoniya – Azərbaycan oyunundan (1:3) sonra Mahir Emreli xoş sürprizlə üzləşib.

Msport.az xəbər verir ki, Şimali Makedoniya yığmasının futbolçusu Enis Bardi Mahirə “Trabzonspor”un formasını hədiyyə edib. Həmyerlimiz instagramda formanın fotosunu paylaşaraq “Mənim qardaşım, çox sağ ol” yazıb.

Xatırladaq ki, Bardi “Uypeşt”, “Levante”də oynadıqdan sonra bu il “Trabzonspor”a keçib.

media-1669018288

Bənzər xəbərlər