Mahir Məmmədov Parisə niyə gedib?
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yaranmasının 100 illiyi münasibətilə Fransanın paytaxtı Parisdə təntənəli mərasim keçirilir.
Msport.az xəbər verir ki, yubiley tədbirinə FIDE rəsmiləri ilə yanaşı, dünya şahmatının ulduzları da dəvət olunublar.
Mərasimdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edir. M.Məmmədov səfər zamanı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə görüşüb. Görüş zamanı qurumlar arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə edilib.
Xatırladaq ki, iyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu gün FIDE-nin qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir. Hazırda Beynəlxalq Şahmat Federasiyasının himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 60-dan çox rəsmi çempionat təşkil edilir.