featured-image-2041

Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 32-ci turun oyununu keçirib.

Msport.az xəbər verir ki, paytaxt klubu səfərdə “Qoritsa”nın qonağı olub.  Zaqreb təmsilçisi səfərdən minimal hesablı qələbə ilə dönüb.

Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk oyunu olub.

Start heyətində meydana çıxan Mahir 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

31 oyundan 69 xalı olan Zaqreb təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Osiek” 64 xalla  2-ci, “Hayduk” (Split) 63 xalla 3-cüdür. “Qoritsa” isə 40 xalla 6-cı yeri tutur.

24 aprel

21:05. “Qoritsa” – “Dinamo” (Zaqreb) – 0:1 

Qol: Ariyan Ademi, 85

Bənzər xəbərlər