featured-image-17508

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Premyer Liqa ilə birinci divizion klublarının oyunların həmişə gərgin keçir. Çünki bu kubok oyunudur. Mərhələ də bir qarşılaşmadan ibarətdir. Bu gün qələbə qazandıq. Amma o demək deyil ki, qələbə asanlıqla başa gəldi. MOİK yaxşı komanda təsiri bağışladı. Nəticədən razı qaldıq. Narazı qaldığımız məqam Emil Martinovun oyunun əvvəlində zədələnməsidir. Bu, bizi narahat edir. Ancaq ümumilikdə götürsək, komandanın oyunundan da, nəticədən də nəticədən razı qaldıq”.

Bənzər xəbərlər