“Mançester Siti” “Bayer”in gənc futbolçusuyla maraqlanır
“Bayer Leverkuzen”in futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsinə düşüb. “Şəhərlilər” Virtsi “Əl Əhli”yə keçən Riyad Mahrezin əvəzedicisi kimi görür.
Almaniya millisinin də üzvü olan Florian 2020-ci ildən “Bayer”in əsas komandasında çıxış edir. O, ötən mövsüm ərzində 25 oyunda iştirak edib, 4 qol və 8 assistlə fərqlənib.
Royal Türksoy