featured-image-6945

Uels millisinin sabiq futbolçusu Neyl Teylor Azərbaycandan təklif alıb.

Msport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Azad agent olan cinah müdafiəçisinin Azərbaycanla yanaşı, Türkiyə və Hindistandan da təklifi var.

Son klubu “Midlsbro” olan uelsli futbolçu daha əvvəl “Mançester Siti”, “Aston Villa” kimi komandalarda çıxış edib.

Teylor Uels yığmasında 48 oyun keçirib.

Bənzər xəbərlər