featured-image-10892

Ceymi Vardi “Lester”lə yeni müqavilə bağlayıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun “tülkülər”lə yeni anlaşması 2024-cü ilin iyununa kimi nəzərdə tutulub.

İngiltərəli hücumçu 2012-ci ilin mayında “Fltvud Taun” klubundan “Lester”ə keçmişdi.

Vardi 387 oyunda 164 qol vuraraq “Lester” tarixinin ən yaxşı bombardiri sayılır. O, 2016-cı ildə komandasına İngiltərə Premyer Liqasını qazanmağa kömək edib. Ötən il isə kubokda və Superkubkda qalib gəlib.

Bu həftə “Mançester Yunayted”in hücumçusu ilə maraqlanmasına dair xəbər yayılmışdı.

 

media-FamACXjXgAEV1yt

Bənzər xəbərlər