featured-image-74081

“Mançester Yunayted” futbolçusu Manuel Uqartenin “Ayaks”a keçidinə razı olmayıb.

Msport.az xəbər verir ki, bu barədə məşqçilər korpusu qərar qəbul edib.

25 yaşlı yarımmüdafiəçinin Niderlandda çıxış etmək üçün real şansı var idi. Hətta Amsterdam komandası uruqvaylı oyunçunu icarəyə götürmək üçün sorğu da göndərib. Lakin “qırmızı şeytanlar” futbolçunu heyətdə saxlamaq qərarına gəliblər.

Qeyd edək ki, Manuel Uqarte cari mövsüm 16 matçda iştirak edib.

Bənzər xəbərlər