featured-image-83373

“Mançester Yunayted”in “Napoli”də çıxış edən Skott Maktomineyi yenidən komandaya qaytarmaq istədiyi iddia olunur.

Msport.az xəbər verir ki, İngiltərə klubunun şotlandiyalı yarımmüdafiəçini gələcək transfer planına daxil etdiyi və onun üçün “Napoli” ilə danışıqlara başlamağı nəzərdən keçirdiyi bildirilir.

Maktominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən ayrılaraq “Napoli”yə keçib. Şotlandiyalı futbolçu İtaliya klubunda uğurlu çıxışı ilə diqqət çəkib və komandanın əsas oyunçularından birinə çevrilib.

“Mançester Yunayted”in yarımmüdafiə xəttini gücləndirmək üçün Maktomineyi geri qaytarmaq istədiyi qeyd olunur. Lakin “Napoli”nin futbolçunu satmağa nə dərəcədə hazır olduğu və mümkün transferin hansı məbləğə başa gələcəyi hələlik məlum deyil.

Bənzər xəbərlər