featured-image-10167

“Rapid”in futbolçusu Ferdi Dreyf “Neftçi” ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan (2:0) sonra fikirlərini bildirib.

Msport.az xəbər verir ki, niderlandlı hücumçu qalib gəldikləri görüşdən sonra belə deyib:

“Çox çətin oyun oldu. Ancaq biz daha çox qol vurmağa məcbur idik. Matçın oyunsonrası penalti zərbələrinə getməsini istəmirdik. Çünki burada şanslar 50\50-yə olur”. 24 yaşlı forvard uzun müddətli zədədən sonra məhz “Neftçi” ilə qarşılaşmada yaşıl meydanlara qayıdıb. O, cavab qarşılaşmasında 35 dəqiqə meydanda olub:

“Bu, çətin və uzun yol idi.Lakin bu gün dönüşüm uğurlu oldu deyə bilərik”.

Bənzər xəbərlər