Matiç sabiq klubuna qayıtmaq istəyir
“Renn”in yarımmüdafiəçi Nemanya Matiç İtaliyaya qayıtmaq istəyir.
Msport.az xəbər verir ki, serbiyalı futbolçu yenidən “Roma”nın formasını geyinməyi arzulayır.
O, Fransa klubundakı durumundan narazıdı və “Renn” rəhbərliyindən müqaviləyə xitam verilməsini xahiş edib. 35 yaşlı futbolçu nümayəndələrinə “Roma” ilə əlaqə saxlamağı və xidmətini sabiq komandasına təklif etməyi tapşırıb.
Matir ötən ilin avqustunda məhz “Roma”dan 2,5 milyon avroya “Renn”ə keçib. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 2 məhsuldar ötürmə verib.