Mbappe Anrini geridə qoydi
“Real”ın hücumçusu Kilian Mbappe Fransa futbol tarixinin ən çox qol vuran futbolçuları siyahısında 2-ci yerə yüksəlib.
Msport.az xəbər verir ki, 27 yaşlı forvard İspaniya La Liqasının 20-ci turunda “Levante” ilə oyunda (2:0) fərqlənib. Bu, Mbappenin peşəkar karyerasında vurduğu 412-ci qol olub. Mbappe karyeresını 411 qolla başa vuran Tyeri Anrini geridə qoyub.
Birinici yeri hələ də Kərim Benzema tutur. “Əl İttihad”da çıxış edən hücumçunun aktivində 513 qol var.







