featured-image-29695

“Spartak”ın sabiq futbolçusu Yevgeni Buşmanov MDB ölkələri komandaları arasında keçirilən “Birlik kuboku” turnirini bərpa etməyə çağırıb.

Msport.az xəbər verir ki, o, Rusiyanın avrokuboklardan kənarda qaldığı vaxtda bu yarışın azarkeşlər üçün maraq doğuracağını deyib:
“Bu turnir yüz faiz azarkeşlər üçün maraqlı olardı. Nə qədər ki, avrokuboklar yoxdur, “Birlik kuboku”nu qaytarmaq olar. Maraqlı ideyadır, sadəcə oturub analiz etmək lazımdır ki, hansı formatda alınar, kimlər iştirak edər.
Əvvəllər turnir daha çox “Spartak” və Kiyev “Dinamo”sunun mübarizəsinə görə keçirilirdi. Sonra onlar ikinci heyətlərinin gətirməyə başladılar və yarışa maraq azaldı.
MDB klublarından “Zenit” və “Spartak”la kim mübarizə apara bilər? Hər halda bizim çempionatın səviyyəsi daha yüksəkdir. Lakin qış fasiləsində, yanvarda belə yarışları keçirmək olar.
Təlim-məşq toplanışı vaxtı hamı yoxlama oyunlarında gücünü sınayır. Müxtəlif televiziya kanalları öz kubok yarışlarını təşkil edirlər. Formatı genişləndirib, bir status vermək olar. Əsas odur ki ,bütün klublar rəqabətə davamlı olsunlar”.

Bənzər xəbərlər