MDB Oyunları: Azərbaycan paraddan birinci keçdi
Belarusun paytaxtı Minskdə ll MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Msport.az xəbər verir ki, mərasimdə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb.
Ardınca iştirakçı ölkələrin paradı keçirilib. İlk olaraq Azərbaycan nümayəndələri səhnəyə çıxıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
ll MDB Oyunları avqustun 14-dək davam edəcək.
#Gənclərİdman #AZESport #birkimibirlikdə #haydıAZE