Medina "Linkoln"la ilk oyundan sonra Türkiyəyə yollanır
Kevin Medina “Linkoln”la Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra “Qarabağ”ın düşərgəsini tərk edəcək.
Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Türkiyənin “Rizespor” klubu ilə anlaşıb. O, Cəbəllütariqdə keçiriləcək matçdan sonra Türkiyəyə yollanacaq və rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, kolumbiyalı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Medina 2020-ci ilin iyulundan Ağdam klubunun formasını geyinir.
AYXAN