featured-image-16009

Millimizin üzvü Emin Mahmudov “Neftçi”də özünü tapdığını bildirib.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Azərbaycanda özünə inamını bərpa etdiyini deyib:

“Azərbaycanda başqa futboldur: daha çox topla oynayırlar, Rusiyadakı kimi çoxlu mübarizə yoxdur. Üstəlik, stabil olaraq hər oyun meydana çıxıram. Belə olanda, özünə inam artır. Mən burda özümü tapdım.

Digər komandalarda belə deyildi. Məsələn, 2,5 il oynadığım “Krılya Sovetov”da ilyarım zədədən əziyyət çəkdim. Bir az oynayan kimi zədə alırdım. “Boavişta”da məlum deyildi nə baş verir, hansısa agentin işləri idi, ya nədirsə. Mən oynamasam da, yaxşı məşq edirdim. Əvəzetmədən oyuna çıxırdım və hər dəfə daha çox meydanda olurdum. Sonra əsas heyətdə şans əldə etdim, qol vurdum və turun simvolik komandasına düşdüm. Ondan sonra 4 tur ümumiyyətlə, oynamadım.

Sənin nə qədər güclü xarakterin olsa da, belə anlarda mənən düşürsən. Bəlkə də daha çox işləmək lazım idi, amma artıq ağır idi. Dörd ay əziyyət çəkirsən ki, şans versinlər. O şansı verirlər və sən bundan istifadə edirsən. Amma səni götürüb atırlar kənara.

“Bovaişta”dan sonra bura gəldim. “Neftşi”də bütün məşqçilər mənə inanırdılar və özünə inam qayıtdı”.

Bənzər xəbərlər