featured-image-20787

Millimizə dəvət olunması gündəmdə olan Ayaz Quliyev KİV-də haqqında yayılan məsələyə münasibət bildirib.

Msport.az xəbər verir ki, “Ximki”nin futbolçusunun baş məşqçi Spartak Qoqniyevlə dalaşması barədə məlumat yayılıb. 29 yaşlı yarımmüdafiəçi məsələyə aydınlıq gətirib:

“Bilmirəm nəyə görə, amma nədənsə, KİV həmiə məni başdanxarab kimi təqdim etmək istəyir. Yəqin ki, bunda mənim də müəyyən qədər rolum var. Başa düşmürəm, niyə həmişə məndən bu cür yazırlar? Mənimlə danışan adamlar görür ki, elə insan deyiləm. Amma götürüb özündən ortaya nəsə “atmaq”… Görünür, bu kiminsə xoşuna gəlir.

Yazılmış xəbər yalandır. Neсə yəni məşqçi ilə təkbətək söhbət etmək? Bu nə deməkdir? Mən məşqçiyə necə belə şey deyə bilərəm? Əgər kimsə buna inanırsa, demək ağılı belə işləyir. Bilmirəm, bu cür yalana necə inanmaq olar!

Bəli, futbol komandasında bəzən anlaşmazlıqlar yaranır. Olur ki, məşqçi futbolçuya hirslənir, o da cavab verə bilər. Lakin təkbətək söhbət. Bu ümumiyyətlə, yalandır. Bilmirəm, belə şeyi niyə yayımlayırlar.

Bizim baş məşqçi ilə aramızda bir az anlaşmazlıq oldu. Ancaq danışdıq, hər şeyi aydınlaşdırdıq. Bəli, söhbət “şirin” olmadı, amma məsələyə aydınlıq gətirdik. Mən məsələni bir cür başa düşürdüm, məşqçi başqa cür. Söhbətdən sonra hər şey həll olundu. Mənim zədəmlə bağlı məsələ idi. Hər şeyi danışdıqdan sonra mənim üçün individual proqram hazırlandı və ona əsasən məşq edirəm. Bununla da məsələ bitdi. Son vaxtlar “Ximki”nin adını qalmaqallarda hallandırırlar. Görünür, insanlar məni də belə söhbətlərə qatmaq istəyirlər.

Qış toplanışına qədər “Ximki” haqqında çox mənfi xəbərlər var idi. Yazırdılar və danışırdılar ki, burda hər şey çox pisdir. Ancaq bu heç də belə deyil”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər