"Məni başlarından etdilər" - Riki Puç "Barselona"dan ayrılmasına dair
“Los Anceles Qelaksi” klubunun yarımmüdafiəçisi Riki Puç MLS-də çıxış edən komandaya keçidindən danışıb.
Msport.az “Eurosport”a istinadən xəbər verir ki, futbolçu “Barselona”dan ayrılmasını yada salıb:
“Mənim İspaniyadakı son ayım heç də rahat keçmədi. Komanda təlim-məşq toplanışına yollanmışdı, mənsə evdə qalmışdım. Əvvəl heç vaxt belə şey olmamışdı. Bilirəm ki, klubda vəziyyət gərgindir. Yəqin ki, mənə bu cür təzyiq göstərirdilər. İşarə edirdilər ki, gedim. Amma bunu başqa cür də eləmək olardı.
Barselonada tək qalıb məşq etmək heç də xoş deyildi. Həmin vaxt qalanları Los Ancelesdə turnirdə idilər. Həmin vaxt çox məyus oldum. Yeddi il komandada olduqdan sonra məni başlarından etdilər”.
Riki Puç ötən mövsüm “Barselona”nın heyətində La Liqada 15 oyun keçirib və 1 qol vurub.