featured-image-32753

“Neftçi”nin müdafiəçisi Azər Əliyevin ailə üzvləri Krasnoyarskda yaşayır. Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu Rusiya mətbuatına müsahibəsində məzuniyyətə məhz doğma şəhərə getdiyini bildirib:

“Mənim valideyinlərim, bacım, demək olar ki, bütün qohumlarım Krasnoyarskdadır. Uzun müddət evdə olmayanda əsl nostalgiya hisslərinə qapılıram. Fikirləşirəm ki, nə vaxt Krasnoyarska tətilə gedəcəm. Harasa dənizə, ya isti yerlərə yox, məhz ora. Həmin anlarda başımda bir fikir olur: artıq evə gedim, hər kəslə görüşüm, dostlarla söhbətləşim, həm də sadəcə böyüdüyüm yerdə olum.

  • Evdə Krasnoyarsk futbolunun əfsanəsi kimi qarşılayırlar? 
  • Düzü, belə söhbətlərdən xoşum gəlmir. Mənim üçün vacib olan sadəcə yaxşı adam olmaqdır. Kimsə görüşə dəvət etsə, həmişə təklifi qəbul edirəm. Birinci növbədə evdə sənə görə nigaran olan, həyəcanlanan insanları görmək xoşdur. Amma kim necə qiymətləndirir – bilmirəm. Bir çox adamlar bilir ki, mən peşəkar futbolçuyam. Ancaq görüşəndə bunu qabartmırlar, sadəcə başqa mövzularda söhbət edirlər. Sanki heç mən futbolçu deyiləm. Bu mənə çox xoş təsir bağışlayır.

AYXAN

Bənzər xəbərlər