featured-image-28795

“Neftçi”nin qapıçısı İvan Brkiç komandasının Azərbaycan kubokunun finalına yüksəlməsini dəyərləndirib. Msport.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan 28 yaşlı futbolçu “Turan Tovuz”la yarımfinalın ilk oyunundakı məğlubiyyətin təsadüfi olduğunu deyib:

“İlk görüşdə uduzduqdan sonra cavab matçı asan keçmədi. Lakin daha güclü olduğmuzu bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər səbrli davrandıq, bilirdik ki, 1 qol vursaq, davamı gələcək. Axırda belə də oldu”.

Brkiç finalda “Qəbələ”ni məğlub etməyə çalışacaqlarını bildirib: “Final görüşü bizim stadionumuzda keçiriləcək. Təbii ki, bu bizə əlavə üstünlük verir. Məqsədimiz  mövsümü kubokla başa vurmaqdır”.

Qeyd edək ki, “Neftçi” ilə “Qəbələ” arasında Azərbaycan Kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Bənzər xəbərlər