featured-image-16167

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabahkı oyunun ciddiyyətinin fərqindəyik. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu matça saat 21:45-də start veriləcək.

Bənzər xəbərlər