featured-image-18575

Mərakeş dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olub.

Msport.az “Opta Sport”a istinadən xəbər verir ki, buna qədər Afrika təmsilçiləri 3 dəfə 1\4 finala kimi irəliləyiblər.

1990-cı ildə Kamerun İngiltərəyə əlavə vaxtda uduzub (2:3), 2002-ci ildə Seneqal Türkiyəyə overtaymda məğlub olub. 2010-cu ildə isə Qana yarımfinala gedən yolda penaltilər seriyasında Uruqvaya yenilib – 2:4.

Mərakeş yarımfinalda İngiltərə – Fransa cütünün qalibi ilə qarşılaşacaq.

 

Bənzər xəbərlər