Məşhur futbolçu hokkey klubu ilə müqavilə bağladı
Petr Çex İngiltərənin hokkey klubu “Oksford”la müqavilə bağlayıb. Msport.az xəbər verir ki, bu, “Arsenal” və “Çelsi”nin sabiq qapıçısının karyerasında 3-cü hokkey komandasıdır.
O, əvəllər “Qilford Feniks” və “Çelmsford”da çıxış edib.
Çexiyalı qolkiper 2021-2022 mövsümündə NHL-in birinci dəstəsində mübarizə aparan “Çelmsford”un şərəfini qoruyub. 11 oyun keçirən Çex 6 qələbə qazanıb, orta hesabla 3,89 şayba buraxıb və zərbələrin 90,3 faizini dəf edib.
ANAR