featured-image-21410

İngiltərəli məşhur hakim Mark Klattenburq seksual orientasiyası ilə bağlı yaranan söz-söhbətdən sonra Misiri tərk edib.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, “Zemelek” klubunun prezidenti Mortada Mansur Hakimlər Komitəsinin sədrinin fəaliyyətini tənqid edib.

O, hətta Misirdə Hakimlər Komitəsinə rəhbərlik edən Klattenburq barədə şok fakt da açıqlayıb. Mansurun sözlərinə görə, ingiltərəli sabiq referi homoseksual münasibət üçün öz həyat yoldaşından ayrılıb.

Bundan sonra Klattenburq “Zemelek” azarkeşlərinin təzyiqindən qorxaraq istefa verib və Misirdən ayrılıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər