featured-image-20692

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin bildirib ki, onunla işləyən ən istedadlı futbolçu Xviça Kvaratsxeliya olub.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssis “Napoli”nin vingeri ilə vaxtilə “Qəbələ”də oynamış Marat İzmaylovu müqayisə edib:

“Mən işlədiyim futbolçular arasında istedadına görə kim Xviça Kvaratsxeliya ilə müqayisə oluna bilər? Ola bilər ki, Marat İzmaylov. Amma o, Xviça kimi ilk mərhələdə uğur qazana bilmədi. Sözsüz ki, İzmaylov istedadlı idi, amma Kvaratsxeliyanın anadangəlmə bir çox keyfiyyətləri xeyli güclüdür. Mənim karyeramda Xviça səviyyəsində futbolçu olmayıb”.

Bənzər xəbərlər