featured-image-29969

“Şamaxı”nın qapıçısı Rəşad Əzizlinin “Neftçi” ilə oyunda öz qapısına vurduğu qol dünya ictimaiyyətinin gündəminə düşüb.

Msport.az xəbər verir ki, Portuqaliyanın “Record” nəşri bununla bağlı xəbər hazırlayıb.

“Azərbaycanda qapıçı penaltini qaytarıb, avtoqol vurdu” başlıqlı xəbərdə yazılıb:

“Rəşad Əzizlinin bəxti gətirmədi. “Şamaxı”nın qapıçısı penalti zamanı heç bir tərəfi seçmədən qapı xəttinin üstündə gözlədi. Məsələ burasındadır ki, top dirəyə dəydi və gözlənilmədən Əzizliyə toxunaraq qapıdan keçdi”.

Qeyd edək ki, XXXIV turun “Neftçi” – “Şamaxı” matçı 1:1 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər