Məşqçilərimiz UEFA-nın seminarında iştirak edirlər
Sabiq qapıçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov Polşaya yollanıblar. Msport.az xəbər verir ki, onlar Qdansk şəhərində qapıçılar üzrə məşqçilərin seminarına qatılıblar.
UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbir aprelin 6-dək davam edəcək.
Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov AFFA-nın təlimatçıları qismində seminarda iştirak edirlər.







