Messi ABŞ klubunda növbəti qolunu vurdu
Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubunda növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, təcrübəli hücumçu KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində ABŞ-ın digər komandası “Neşvill”lə görüşdə fərqlənib.
Səfərdə 2:2 hesablı heç-heçəyə razılaşan Mayami təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Messi 23-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
“İnter Mayami”nin 1/4 finaldakı rəqibi “Sinsinnati” (ABŞ) – “Monterrey” (Meksika) cütünün qalibi olacaq. Növbəti mərhələnin oyunları aprelin 3-də və 10-da keçiriləcək.