Messi fərdi məşq edir
İnter Mayami”nin kapitanı Lionel Messi fərdi məşqlər edir.
Msport.az xəbər verir ki, bu barədə MLS klubunun baş məşqçisi Xerardo Martino açıqlama verib.
O bildirib ki, həmyerlisi hələ də kollektivlə məşqlərə qoşulmağa hazır deyil: “Leo gözlənildiyi kimi irəliləyir, lakin komandaya nə vaxt qatılacağı ilə bağlı dəqiq tarix yoxdu. Messinin yoxluğu bizə müxtəlif şəkildə təsir edir. Biz təkcə rəqabətli komanda deyil, həm də kompozisiya yaratmağa çalışırdıq”.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun final oyununda zədələnmişdi.