Messi və Ronaldu yenidən üz-üzə
Lionel Messinin çıxış etdiyi ABŞ-ın “İnter Mayami” klubu yeni mövsümə hazırlıq oyunlarını Səudiyyə Ərəbistanında keçirəcək.
Msport.az xəbər verir ki, komanda orada iki yoxlama qarşılaşmasında qüvvəsini sınayacaq.
MLS təmsilçisi yanvarın 29-da “Əl-Hilal”la, fevralın 1-də isə Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr”lə qarşılaşacaq.