featured-image-62765

KONKAKAF Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, “İnter Mayami” Yamayka təmsilçisi “Kavalier”in qonağı olub.

Kinqstondakı “Park İndependenс” stadionunda keçirilən qarşılaşma MLS klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Luis Suares və Lionel Messi imza atıblar. İlk görüşdə də eyni hesabla qalib gələn “İnter Mayami” turnirin 1/4 finalına yüksəlib.

MLS klubu növbəti raundda ABŞ-ın digər komandası “Los-Anceles”lə qarşılaşacaq.

Bənzər xəbərlər