featured-image-23560

Futbol üzrə Azərbaycan I Divizionunda XVIII tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Oyunların heç birində meydan sahibləri qələbəyə sevinə bilməyib. “Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Turan Tovuz”la “sülh bağlayıb”. MOİK səfərdə “İmişli”dən, “Qəbələ-2” isə “Kəpəz-2″dən üstün olub.

Turun qalan oyunları sabah keçiriləcək.

I Divizion
XVIII tur

21 fevral

Sumqayıt-2 – Turan Tovuz-2 1:1
Qol: Xəzər Mahmudov, 71 – Elçin Qasımov, 73.
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə.
“Sumqayıt Arena”, ehtiyat meydança, 14:00.

Kəpəz-2 – Qəbələ-2 1:2
Qol: Elnur Cəfərov, 90+6 – Gülağa Əsədov, 40. Mehrac Baxşalı, 46.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Asif Abdullayev, Namiq Bəkirov
Gəncə şəhər stadionu, ehtiyat meydança, 14:00.

İmişli – MOİK 0:2
Qol: İlham Allahverdiyev, 31. Cavid Quliyev, 65.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Sənan Atayev, Əli Əliyev
Saatlı OİK stadionu, 14:00.

22 fevral

Zaqatala – Qaradağ Lökbatan
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Rəhman Aslanov, Rəsul Babayev
Zaqatala OİK stadionu, 14:00

Şamaxı-2 – Araz Naxçıvan
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Orxan İbişov, Emin Əliyev
Şamaxı şəhər stadionu, 14:00

Qarabağ-2 – Mingəçevir
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Zakir Şükürzadə, Murad Səlimov
Binə qəsəbə stadionu, 14:30

Neftçi-2 – Səbail-2
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Aydın Bəxşiyev, İslam Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi, 4-cü meydança, 15:00

Bənzər xəbərlər