featured-image-35105

Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Partizan” oyunundan əvvəl Azərbaycan təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Sabah çox çətin və maraqlı oyun olacaq. Çalışacağıq ki, maksimumuzu qoyaq. Bu cür oyunlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın.

– Rəqibin mənfi və müsbət cəhətləri nələrdir?
– Güclü tərəflərindən biri sürətli hücuma keçməliridir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini yaxşı başa düşürlər. Zəif cəhətləri haqda danışmaq düzgün olmazdı.

– Rəqibin heyətində sizə də tanış olan Mateus Saldanya var. Onu saxlamağın yolların bilirsiz?
– Saldanya yeni keçsə də, komandaya yaxşı uyğunlaşa bilib, qollar vurub. Onu tanıyırıq. Amma “Partizan” bir oyunçudan ibarət deyil.

– Cey-Lens Mikelsin getmək ehtimalı nə qədərdir?
– Mövsümün əvvəlində belə halların olması çox pisdir. Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Mikels sabah oynamaq istəmir, getməyi düşünür.

– Mikelsin maaşın artırılacağı halda, qalacağını dediyi bildirilir. Maraqlıdır, şəxsən onunla söhbətiniz olubmu?
– Şayiələri müzakirə etmək istəmirəm. Bu hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Bütün diqqətim “Partizan”la oyundadır.

– “Partizan”la oyunlarda Mikels olacaq?
– İndi dedim ki, qalmaq istəmir, oynamayacaq. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köməyib.

– “Sabah” nəyin hesabına mərhələ adlaya bilər?
– Komanda işi, aqressiv oyun, özünə inamlı olmalıyıq. Ehtiyatlı olmalıyıq, “Partizan”ın gücünü bilirik. Lakin özümüzə inanırıq.

Bənzər xəbərlər