“Milan” 2 futbolçusu ilə vidalaşacaq
“Milan”ın iki ingiltərəli futbolçusu Fikayo Tomori və Ruben Loftus-Çik 2027-ci ilin yayında komandadan ayrılacaqlar.
Msport.az xəbər verir ki, hər iki futbolçunun klubla müqaviləsinin gələn ilin iyununda başa çatacağını və yeni sözləşmənin imzalanmayacağını yazıb.
Tomorinin hətta daha erkən – 2027-ci ilin yanvarında komandadan ayrılması da mümkündür. 28 yaşlı müdafiəçi 2021-ci ilin yanvarından “Milan”da çıxış edir. O, komanda ilə 2021/22 mövsümündə İtaliya çempionu olub.
Tomori bu müddətdə bütün turnirlərdə 241 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
30 yaşlı Loftus-Çik isə 2023-cü ilin yayından “Milan”ın formasını geyinir. İngiltərə millisinin sabiq futbolçusu İtaliya klubunda 105 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hər iki futbolçunun müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alacağı gözlənilir.







