featured-image-65889

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Teo Ernandesin transferi üçün “Milan”la razılığa gəlib.

Msport.az xəbər verir ki, İtaliya klubu bu keçiddən 30 milyon avro təzminat məbləği və əlavə 5 milyon bonus əldə edəcək.

Lakin transfer hələ tam yekunlaşmayıb. Çünki tərəflər futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmayıb. İddiaya görə, Avropada qalmaq istəyən Ernandes qərar verməkdə tərəddüd edir.

27 yaşlı müdafiəçi 2019-cu ildən çıxış etdiyi “Milan”ın əsas heyət üzvüdür.

Bənzər xəbərlər