“Milan” futbolçusunu satdı
“Bornmut” Aleks Ximenesin transferini tam həll edib.
Msport.az xəbər verir ki, futbolçu “Milan”dan daimi əsasda heyətə qatılıb və müqavilədə nəzərdə tutulan satınalma bəndi qüvvəyə minib.
Razılaşmaya əsasən, transfer üçün 19,5 milyon avro sabit ödəniş ediləcək, əlavə bonuslar isə 5,3 milyon avroya qədər arta bilər. Müdafiəçi ilə beş il yarımlıq müqavilə imzalanıb.
Bildirilir ki, əldə olunan məbləğ “Milan” və futbolçunun əvvəlki hüquqlarının bir hissəsinə sahib olan “Real” arasında bölüşdürüləcək. Madrid təmsilçisi satışdan 50 faiz pay alacaq.







