Millimiz Andorranı məğlub etdi
Azərbaycan millisi bu gün yoldaşlıq oyununu keçirib.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası səfərdə Andorra ilə qarşılaşıb.
Görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyunu olub.
22:00. Andorra – Azərbaycan – 1:3
Qol: Eşqin Əhmədov, 2 (0:1), Musa Qurbanlı, 48 (0:2), Fernandez, 55 (1:2), Toral Bayramov, 70-pen. (1:3)
Baş hakim: Xose Luis Munuera
“Estadi de la FAF” stadionu







