“Qarabağ”ın sabiq futbolçusu Tayland klubunda - RƏSMİ
Uzun müddət “Qarabağ”ın şərəfini qorumuş əlcəzairli yarımmüdafiəçi Yassin Benzia karyerasını Taylandda davam etdirəcək.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu Taylandın son çempionu “Buriram Yunayted”lə rəsmi müqavilə imzalayıb.
Benzia yeni komandasında 25 nömrəli forma altında çıxış edəcək. Sosial media hesabında paylaşım edən təcrübəli yarımmüdafiəçi bu keçiddən qürur duyduğunu bildirib.
Qeyd edək ki, “Buriram Yunayted” Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır. Vaxtilə Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu olmuş Ramil Şeydayev də bu klubun formasını geyinib.







