featured-image-84910

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra seçməsi ilə üz-üzə gələcək.

Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyun olacaq.

Matçı ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib – 1:0.

Bənzər xəbərlər