featured-image-36028

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Msport.az xəbər verir ki, İqor Olefirin rəhbərlik etdiyi komanda təsnifat mərhələsində keçirdiyi dörd oyundan ikisində qələbə qazanıb, ikisində məğlub olub.

Muhammad Aslanlı – Nəriman Bayramlı cütü Andorra və Şotlandiyaya qalib gəlsələr də, Slovakiya və Serbiyaya uduzublar.

Reqlamentə görə, təsnifat mərhələsində 3 qələbə qazanan cütlər əsas mərhələyə vəsiqə qazanırlar. Azərbaycan yığması növbəti raunda yüksələ bilməyib.

Bənzər xəbərlər