featured-image-50538

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Msport.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxışla yadda qalıb.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan milli komanda 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Bənzər xəbərlər