featured-image-37303

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib – 3:1.

Qeyd edək ki, yığma II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər