featured-image-28662

Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinda mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, seçməmiz Bakıda təlim-məşq toplanışı başlayıb.

Hazırlıq mərhələsi aprelin 29-dək davam edəcək. UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışından sonra müəyyənləşəcək.

U-17-nin heyəti: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).

Qeyd edək ki, UEFA İnkişaf turniri mayın 1-dən 7-dək keçiriləcək.

Bənzər xəbərlər